Menu

“Ukrayna Belarus tərəfdən hücuma hazırlıq əlamətləri görmür” - Müdafiə Nazirliyi

22.06.2022, 09:49
“Ukrayna Belarus tərəfdən hücuma hazırlıq əlamətləri görmür” - Müdafiə Nazirliyi

Bu günə olan vəziyyətə Belarus ərazisindən hücuma hazırlıq əlamətləri müşahidə olunmur, amma potensial olaraq, belə təhlükə qalır, ona görə də Ukrayna ordusu orada ordu saxlayır.

Bu barədə informasiya marafonunun efirindən Ukrayna Müdafiə Nazirliyinin spikeri Aleksandr Motuzyanik danışıb.

«Belarus tərəfdən təhlükə heç vaxt sovuşmayıb. Amma bunun üçün ki, bu ölkənin ərazisindən yenə hücum inkişaf etsin, güclü hücum qruplaşması yaratmaq lazımdır. Biz, artıq bunu Rusiyanın tammmiqyaslı təcavüzü başlanan zaman görmüşük. Məhz Belarusun qeyri-dost fəaliyyəti səbəbilə, Rusiya belə tezliklə Kiyev ətrafına çata bildi. Amma o zaman çox güclü qruplaşma yaradılmışdı. Hazırda belə qruplaşmanı biz görmürük» - Motuzyanik qeyd edib.

Bu zaman o, əlavə edib ki, düşmənin fəaliyyəti Ukrayna tərəfi Belarus sərhədində ordu saxlamağa məcbur edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol