Menu

Yaşayış minimumu 6 manat, ehtiyac meyarı 5 manat artırılır

07.11.2014, 14:24
Yaşayış minimumu 6 manat, ehtiyac meyarı 5 manat artırılır

Azərbaycanda gələn il üçün yaşayış minimumu 6 manat, ehtiyac meyarı isə 5 manat artırılır.

“Marja” xəbər verir ki, “2015-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği belə nəzərdə tutulub:

2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.

“2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.

2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.

2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol