Menu

Fransa ilə Azərbaycan arasında müşahidə peyki ilə bağlı saziş imzalanacaq

07.11.2014, 14:33
Fransa ilə Azərbaycan arasında müşahidə peyki ilə bağlı saziş imzalanacaq

Bu ilin sonuna kimi Fransa ilə Azərbaycan arasında yeni müşahidə peyki ilə bağlı birgə proqramın həyata keçirilməsi üçün saziş imzalanacaq.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Bu sazişlə Azərbaycan və Fransa peyklərinin birgə fəaliyyət göstərəcəyini bildirən nazir onu da deyib ki, sözügedən layihə birgə kosmik fəaliyyət əsasında həyata keçiriləcək.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol