RUSİYANIN NEFT GƏLİRLƏRİ SÜRƏTLƏ ARTIR – “ABŞ və Avropanın yeni plana ehtiyacı var”

“G-7 liderlərinin bazar günü Bavariyada bir araya gələcəkləri gözlənilir. Bu görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişatı və onun nəticələri müzakirə olunacaq. Hazırda Ukraynanın şərqində müharibənin davam etdiyi bir vaxtda, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların effektivliyinin artırılması Prezident Bayden və onun Almaniya, Yaponiya, İtaliya, Böyük Britaniya, Kanada və Fransadan olan həmkarlarının daxil olduğu qrup üçün təcili prioritetə çevrilib. Onlar başa düşməlidirlər ki, G-7 ölkələrinin Avropanın Rusiyadan neft idxalını əngəlləmək səyləri qısa müddətdə səmərə vermədiyi üçün, bu qərarda dəyişikliyə getmək çox vacibdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın “The Washington Post” nəşri yayımladığı məqələdə bildirib. “The Washington Post” həmin məqalədə bir sıra maraqlı məqamlara toxunub və Rusiyanın artan neft gəlirlərinə diqqət çəkib. Sözügedən məqalənin bir hissəsini oxuculara təqdim edirik:

“Hazırda ABŞ və Kanada Rusiyadan neft idxalına qadağa qoyub. Əslində bu neftlə zəngin olan iki ölkə üçün nisbətən asan bir qərardır. Ancaq xam neft idxalının 29 faizini Rusiyadan alan Avropa İttifaqının 27 üzvü üçün belə bir qərar qəbul etmək olduqca çətindir. Dünya İqtisadi Forumunun məlumatına əsasən, Aİ üzvləri 2021-ci ildə Vladimir Putinin dövlət neft şirkətinə 108 milyard dollar vəsait ödəyiblər. İyunun 3-də Avropa Birliyi Rusiya xam neftinə qadağa qəbul etsə də, bu qərar dəniz yolu daşımalarında dekabrın 5-dən, digər neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən sonra qüvvəyə minəcək.

Hazırda Avropanın alternativ bir variantı yoxdur. Avropa dövlətləri minimum həcmdə olsa belə, Rusiyadan neft idxal etməyə məcburdur. Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, müharibənin başladığı 24 fevral tarixindən indiyə qədər Avropa dövlətləri Rusiyadan 33 milyard dollarlıq xam neft idxal edib. Beynəlxalq Enerji Agentliyi qeyd edir ki, Rusiyanın neft gəlirləri son 5 ayda faktiki olaraq 50 faiz artaraq, ayda 20 milyard dollara çatıb. Buna görə də, neftdən gələn qazanc Rusiya iqtisadiyyatına Qərbin sanksiyalarına tab gətirməkdə kömək edir.

ABŞ-ın maliyyə naziri Canet L. Yellen yerli mətbuata açıqlamasında bildirib ki, onlar ABŞ və Ukraynanın digər himayədarlarıyla birlikdə Rusiya neftinin daşınması üzərində Qərbin sığorta və maliyyə nəzarətindən istifadə edərək, Rusiya neftinin real dəyərini bir qədər azaltmağa çalışacaqlar. Bu plan işə yarasa, o zaman Rusiya idxal etdiyi neftdən daha az pul qazanacaq. Hazırda Baydenin G-7 liderlərini bu planın nəticə verəcəyinə inandırması, Ukraynaya kömək edə biləcəyi ən yaxşı yollardan biridir”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar