Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verib

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan Prezident İlham Əliyevə şikayət yazıb.

Belə ki, Arif Qaraşov şikayətində Eldar Mahmudovun nazir olduğu dövlərdə MTN tərəfindən təhdid edildiyini və ailə üzvlərinə məxsus əmlakların əllərindən alındığını yazıb.

Şikayyət araşdırılması üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, bundan başqa Arif Qaraşov Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya qarşı da məhkəmə iddiası qaldırmışdı.

Arif Qaraşov “Caspian Service” MMC, Mahmudova Nərgiz Eldar qızı və ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin. (Gununsesi.info)

635x100

Şərhlər

dadaşyev 2022-06-25 23:44:31

"Ailə üzvlərinə məxsus əmlaklar", misalçün, Ziya Məmmədovda da çox olub,amma neçə ildi əlindən alınır o əmlaklar,bitmək bilmir.Necə alıb nazir ola-ola o qədər əmlakı yollara asfalt döşəməklə,oğlunun Londonda aldığı villanın qiyməti 70 milyon dollardı,hələ təkcə villanın,o,məsələnin başqa tərəfidir,axı qanuna görə nazir ticarətlə məşğul olmamalıdı.Ticarətlə məşğul olmayıbsa o qədər "ailə üzvlərinə məxsus əmlakları" necə alıb?Elə yolla alıb ki,indi əlindən ard-arda alındığında cınqırını çıxarammır.Odur ki sən də "ailə üzvlərinə məxsus əmlak" deyərkən əvvəlcə bir düşün,sonra şikayət et.Bir dövlət məmuru kimi sənin də axı ticarətlə məşğul olmamaq qadağanın var.Əmlakların qiyməti maaşınla düz gəlməsə necə olacaq?

Eli 2022-06-25 19:55:43

Göresen bu Eldar Mahmudovun tamahkarlığı onun “ peşe xesteliyinin -OBXSS işiçisi” olmasının neticesidir ,yoxsa bu genetikdir maraqlıdır.Bunun gözü dünya malından niye doymayıb göresen.

Son yazılar