Menu

“İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk” - ABŞ-ın ordu naziri

27.06.2022, 09:52
“İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk” - ABŞ-ın ordu naziri

ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.

“Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük”, - o bildirib.

ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol