"Qərbin gələcəyi Ukraynada döyüş meydanında həll olunur” - "Bəyanatların real dəyəri olmayacaq..."

""Kollektiv Qərb" liderləri siyasi iradə nümayiş etdirənə və Ukraynanı həm müdafiə, həm də hücum üçün lazımi miqdarda lazimi silahlarla təchiz etməyə başlamayana qədər, Ukrayna üçün "Aİ-yə namizəd" statusunun, eləcə də G-7 və üstəlik Madriddə keçiriləcək NATO sammitlərində səsləndirilən bütün bəyanatların real tətbiqi dəyəri olmayacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu siyasi təhlilçi Ramiz Yunus G-7 ölkələrinin Ukraynaya tam dəstək qərarını şərh edərkən bildirib.

Təhliçinin sözlərinə görə, bu gün “kollektiv Qərb”in bütün siyasi institutlarının gələcəyi müstəsna olaraq Ukraynadakı döyüş meydanlarında həll olunur və təkcə Ukrayna ordusunun və Ukrayna xalqının qəhrəmanlığı Rusiyaya qarşi müharibədə qalib gəlmək üçün sadəcə olaraq fiziki cəhətdən kifayət etmir.

"İntibah dövrünün fransız yazıçısı Mişel de Montaynin sözləri ilə desək: “Qorxaqlıq qəddarlığın anasıdır”, - R.Yunus vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar