Menu

Batman şəhərində Qarabağ parkı açılacaq

27.06.2022, 16:32
Batman şəhərində Qarabağ parkı açılacaq

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol