Menu

Rusiyada erməni biznesmen rəisi güllələdi

07.11.2014, 16:38
Rusiyada erməni biznesmen rəisi güllələdi

Rusiya Federal Miqrasiya Xidmətinin Moskva üzrə rəis müavini, polkovnik Nikolay Azarov Yakutiyada güllələnib. Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, hadisə N.Azarovun maşınında baş verib.

N.Azarov yaxın dostu, “MSİTİ – Development” tikinti firmasının rəhbəri Armen Zakeryanla birgə ova gedirmiş Bu zaman A.Zakeryanın əlindəki silah təsadüfən açılıb. Bədbəxt hadisə nəticəsində N. Azarov güllə yarası alıb və yerindəcə dünyasını dəyişib.

A.Zakaryan saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol