Menu

Bolqarıstan Rusiya diplomatik missiyasının işçilərinin yarısını ölkədən çıxaracaq

28.06.2022, 22:29

Bolqarıstan Rusiyanın Sofiyadakı diplomatik missiyasının 70 əməkdaşını persona non-qrata elan edəcək.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın "Dnevnik" portalı Baş nazir Kirill Petkova istinadən məlumat yayıb.

“70 yerlik təyyarənin bazar günü Moskvaya dönəcəyini gözləyirik”-deyə, o bildirib.

Portalın məlumatına görə, Rusiyanın Sofiyadakı səfirliyində 150-yə yaxın diplomatik işçi çalışır, ona görə də bu qərar əməkdaşların yarıya qədər ixtisar edilməsi deməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol