Rusiya həm Belarus ərazisindən həm özü Ukraynaya təcavüz üçün istifadə edə, həm də bu ölkənin ordusundan yararlana bilər. Bu barədə general Sergey Krivonos danışıb («RBK-Ukrayna»).
Onun sözlərinə görə, işğalçı ölkə hazırda aktiv şəkildə Lukaşenko rejimini «hazırlayır», həm də Belarus ordusuna nəzarət edir.
General istisna etmir ki, Lukaşenkonun ordusu müstəqil halda iki istiqamətdən hücuma başlaya bilər.
“Mən, hesab edirəm ki, bilavasitə Volın və Rovensk istiqamətlərindən bunu edə bilərlər. Ancaq məsələ ondadır ki, Belarus Silahlı Qüvvələrinin kifayət qədər böyük hissəsi bu təcavüzə qatılmaqda o qədər də maraqlı deyil” - deyə, general bildirib.
Generalın sözlərinə görə, Ukraynaya təcavüzə başlayacaqları halda bir çox Belarus hərbçisi özü təslim olacaq.
“AzPolitika.info”


Şərhlər