Menu

“Magna Trans”-ın səhmdarları arasında qalmaqal böyüyür - Məhkəmənin qərarı niyə icra olunmur?

29.06.2022, 16:28
“Magna Trans”-ın səhmdarları arasında qalmaqal böyüyür - Məhkəmənin qərarı niyə icra olunmur?

Artıq xeyli müddətdir ki, medaada adı müxtəlif qanunsuzluqlarda hallanan “Magna Trans” MMC ilə bağlı qalmaqal böyüyür.

Xatırlsdaq ki, “Magna Trans” MMC-nin səhmdarları Bürhan Əhmədov və Namiq Hacıyev digər şərikləri Ağasəf İslam oğlu İsmayılovu qanunsuz şəkildə şirkətdən uzaqlaşdıraraq, ona külli miqdarda zərər vurmaqda ittiham edilir. Onların sabiq Baş Prokuror Zakir Qaralov tərəfindən himayə olunduğu bildirilir.

“AzPolitika.info” xəbər verir ki, “Civilazerbaijan.com” saytı bu barədə araşdırma apararaq, şirkətdəki qanunsuzluqlala bağlı daha bir yazı yayımlayıb.

Həmin məqaləni kiçik ixtisarlarla təqdim edirik: “Sərnişindaşıma sahəsində fəaliyyətə başlayan “Magna Trans” MMC 2010-cu ildə 3 nəfər şəxsin həmtəsisçiliyi və səhmdarlığı ilə yaradılıb. Şirkətin həmtəsisçiləri- Ağasəf İslam oğlu İsmayılov, Bürhan Əhməd oğlu Həmidov və Namıq Gülosman oğlu Hacıyev olub.

“Magna Trans” MMC 79 ədəd müxtəlif markalı avtobuslarla 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutlarla Bakı şəhərində, həmçinin iritutumlu reys avtobusları ilə Bakı-Lənkəran-Bakı və Bakı Astara-Bakı rayonlararası marşrut xətləri ilə gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub. Şirkətin fəaliyyəti tam nizama düşəndən sonra, yeznə-qayın olan həmtəsisçilərdən Bürhan Həmidov “krışa”sından istifadə edərək, “Magna Trans” MMC-nin əsas təşkilatçısı olan Ağasəf İsmayılovu MMC-nin həmtəsisçiliyindən uzaqlaşdırmaq, daha doğrusu əmlakını əlindən çıxarmaq üçün planlar hazırlayıblar.

Belə ki, Bürhan Həmidov Ağasəf İsmayılovun ona olan etibarından sui-istifadə edərək, MMC-nin direktor vəzifəsinə öz adamı olan və həmin vaxt “Akkord” şirkətində şöbə rəisi vəzifəsini tutan Ağayev Mirzahid Mirsahib oğlunu təyin edib. Əslində isə, ona bu vəzifə formal olaraq verilib. Bürhan Həmidov MMC-nin “altından girib-üstündən çıxıb”, yəni “Magna Trans” MMC-ni tam müflisləşdirib, 79 ədəd sərnişin daşıyan avtobusların yarıdan çoxunu sənədləri saxtalaşdırma yolu ilə satıb. 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da oğlunun adına yaratdığı “Transkontrol” MMC-yə ötürüb.

Digər həmtəsisçilərin- Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin onunla üz-üzə gəlməkdən hər bir cəhdlə yayındıqlarına, hər üçünün hesabat verməkdən açıq-aşkar imtina etdiklərinə görə Ağasəf İsmayılov üz tutur hüquq-mühafizə orqanlarına. Və onların hər üçünün üzərinə məhkəmə qaydasında hesabat vermək öhdəliyi qoyulur.

İllər ərzində MMC-nin əmlakını talamasını, milyonlarla manat məbləğdə pulları hesabatdan gizlətmə yolu ilə mənimsəməsinin Ağasəf İsmayılov tərəfindən araşdırılmasına başlayanda, Bürhan Həmidovla Namiq Hacıyev ərizə ilə MMC-də olan paylarını satmağa qərar veriblər.

Daha sonra Ağasəf İsmayılov həmin payları almağa razı olduğunu bildirib. Lakin MMC-də satmağa avtobus, digər avadanlıq olmadığı üçün Bürhan Həmidov “öz dəstəsini” “sudan quru çıxarmaq üçün” özünü, direktor Mirzahid Ağayevi, direktor müavini Ramil Xəlilovu müdafiə etmək üçün vəkil Bəşir Camalovu işə cəlb edir. (Bu vəkilin istifadə etmiş olduğu “müdafiə üsulu” ilə bir qədər sonra ətraflı açıqlama veriləcək).

“Magna Trans” MMC-nin həmtəsisçisi və səhmdarı Ağasəf İsmayılov qarşılaşdığı qanunsuzluqla bağlı Abşeron rayon Məhkəməsinə “məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakını təmin edilməsi vəzifəsinin həvalə edilməsi” tələbi ilə bağlı müraciət edib.

Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsində deyilir: ““Magna Trans” MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı İsmayılov Ağasəf İslam oğluna verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunun, “Magna Trasn” MMC-nin iştirakçısı Həmidov Bürhan Əhməd oğlunun və “Mgan Trans” MMC-nin iştirakçısı Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulsun".

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin nəzərinə çatdırırq ki, aidiyyəti icra qurumları məhkəmənin bu qətnaməsinin icrası üçün hələ ki, heç bir iş görməyiblər.

Bir sıra hüquq-mühafizə qurumlarının, digər aidiyyəti vəzifə sahiblərinin qaldırılmış məsələ ilə bağlı biganəliyi, yaxud məsuliyyətsizliyi və məmur özbaşınalığı barədə növbəti açıqlamalarda məlumat veriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol