Menu

NATO sammitində Alyansın yeni strateji konsepsiyası qəbul edilib

29.06.2022, 16:51
NATO sammitində Alyansın yeni strateji konsepsiyası qəbul edilib

NATO-nun Zirvə toplantısında liderlər Alyansın 2030-cu ilə qədər yeni strateji konsepsiyasını təsdiqləyiblər.

“Report” "Deutsche Presse-Agentur"a (DPA) istinadən xəbər verir ki, konsepsiyada Rusiya ən əhəmiyyətli və birbaşa təhdid adlandırılıb.

Həmçinin NATO sammitinin kommünikesində qeyd olunub:

“Çin bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyur və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol