"Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir" - Türkiyə Prezidenti

“Hava sərhədimizi 147 dəfə pozan Yunanıstan bunun cavabını verməlidir”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Biz adekvat addm atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. Qarşı tərəf həmin sənədləri oxusun və ona uyğun addımlar atsın”, - o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar