Menu

Rusiya bütün pandemiya qadağalarını ləğv etdi - "Rospotrebnadzor"dan açıqlama

01.07.2022, 20:20
Rusiya bütün pandemiya qadağalarını ləğv etdi - "Rospotrebnadzor"dan açıqlama

Rusiyada epidemioloji vəziyyətin yaxşılaşması fonunda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər, xüsusən də maska rejimi ləğv edilir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Rospotrebnadzor" açıqlama yayıb.

"Epidemioloji prosesin intensivliyinin azalması ilə əlaqədar olaraq, bu yaxınlarda "Rospotrebnadzor" tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, gecə vaxtı ümumi iaşə işinə və bir sıra digər tədbirlərin fəaliyyətinə qadağanı ləğv edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Beləliklə, bu yaxınlarda "Rospotrebnadzor"un rəhbəri Anna Popova tərəfindən tətbiq edilən maskaların məcburi taxılması, kütləvi tədbirlərin keçirilməsinə qadağa və ictimai iaşə yerlərində məhdudiyyətlər ləğv edilir.

Eyni zamanda, departament vurğulayıb ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, "məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər". 

Xəstəliklərin vaxtında aşkar edilməsi və epidemiya prosesinin monitorinqi üçün epidemiya əleyhinə tədbirlər də davam etdirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol