Menu

Norveç Ukraynaya 1 milyard avro ayıracaq

01.07.2022, 21:30
Norveç Ukraynaya 1 milyard avro ayıracaq

Norveç Ukraynaya 1 milyard avro yardım edəcək. “Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.

Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol