Zorakılıqla üzləşən qadın uşaqları ilə birgə SXA-nın müəssisəsinə yerləşdirilib - FOTO

Sumqayıtda zorakılıqla üzləşən qadın uşaqları ilə birgə Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

"Report" xəbər verir ki, əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götülüb.

Artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.


Qeyd edək ki, bu gün səhər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirmişdi ki, Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

O, əlavə etmişdi ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar