Menu

Nazir akademiyadakı müəllimi generala müavin TƏYİN ETDİ

04.07.2022, 12:20
Nazir akademiyadakı müəllimi generala müavin TƏYİN ETDİ

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.

Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol