Menu

Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu

06.07.2022, 00:26
Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu

Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları ratifikasiya edən ilk NATO ölkəsi olub. Bu barədə Kanadanın baş naziri Castin Trüdonun çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Bu gün (5 iyul) Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - deyə baş nazir bildirib.

Trüdo iki ölkənin tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə əminliyini ifadə edib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol