Menu

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb” - Putin

07.07.2022, 22:09
"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb” - Putin

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.

"Report" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.

"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.

Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.

Şərhlər

t.ədalət 2022-07-07 22:42:13

Təqribən 50 minə yaxın canlı qüvvə itkisi verən Rusiya,doğrudan da,hələlik işğal zonasında şıllaqlayır?Əgər ölkə başçısı Putin bu səviyyənin adamısa,vay rusların halına!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol