Menu

Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib

07.07.2022, 23:09
Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib

Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.

Dövlət Gömrük Xidməti sədrinin müavini Vladislav Suvorovun sözlərinə görə, Avropa Komissiyasının qərarı Aİ-nin yekun qiymətləndirmə missiyasının nəticələrinə əsaslanır.

Birgə tranzit sisteminin beynəlxalq tətbiqi bu il dekabrın 1-dən başlaya bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol