Menu

SOCAR-ın Qaz İxrac İdarəsinin qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

08.07.2022, 14:29
SOCAR-ın Qaz İxrac İdarəsinin qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilir.

Bunu “Report"a açıqlamasında “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.

O bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.

R. Əliyev qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol