Menu

Ərdoğan Zelenski ilə taxıl dəhlizinin açılmasını müzakirə edib

11.07.2022, 21:53
Ərdoğan Zelenski ilə taxıl dəhlizinin açılmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə taxıl koridorunun açılması müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol