Menu

Gürcüstanda son həftədə koronavirusa 5 154 yeni yoluxma qeydə alınıb

12.07.2022, 12:47
Gürcüstanda son həftədə koronavirusa 5 154 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son həftə ərzində koronavirusa 5 154 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli Mərkəzindən bildirilib.

İyulun 3-dən 10-dək olan müddətdə daha 2 338 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 668 153 nəfərdə aşkarlanıb. Onların 1 645 917-si sağalıb, 16 847-si ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol