Menu

“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

12.07.2022, 23:09
“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

Ukrayna ilə Rusiya arasında cəsədlərin mübadiləsi baş tutub. Proses çərçivəsində 400-dən çox hərbçinin cəsədi Ukraynaya qaytarılıb.

Onların böyük əksəriyyəti “Azovstal”da həlak olmuş müdafiəçilərin cəsədləridir.

Məlumata görə, onların demək olar ki, hamısının kimliyi artıq müəyyən edilib. Belə ki, döyüşçülərin qohumları həlak olanların DNT nümunələrini müvafiq orqanlara təhvil veriblər.

Lakin meyitlərdən bir çoxu sənədsiz təhvil verildiyindən, onların kimliyi hələ ki, məlum deyil. (Mənbə: unian.net)

Şərhlər

Eli 2022-07-12 23:50:04

Allah Senin belanı versin Putin .Bu cavanların gğnahı nedir ki bu yaşda dünyanı terk edirler,övladları atasız,xanımları ersiz,valideynleri oğulsuz qalırlar.Meger Allah bunu bağışlayar.Sen de cezanı alacaqsan ancaq sen tarıxde Stalin ya Pyotr kimi yox sadece bir HKVD casusu kimi qalacaqsan ve hemişe nifretle yad olunacaqsan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol