İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi, 4) ünvanında yerləşən, ümumi sahəsi 3 303 m2 olan inzibati binasının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "ORN Group" MMC-dir.
Qalib şirkətə 4,145 milyon manat ödəniləcək.


Şərhlər
Bu Agentlik icbari tibbi siğorta ilə əlaqəli hec bir təbliğat aparmır.Hec bir xəstəxananın girişində bubunla əlaqəli reklam şitləri yoxdur.Orta yaşlı xanımları siğorta şöbələrinə müdir təyin ediblər.Baş həkimlərin əməkdaşı kimi aparırlar özlərini .Hec öz hüquqlarını bilmirlər,sığorta olunanları necə müdafiə etsinlər.Hamı yenə pul istəyir....
Bunlar indiyə qədər təmirsiz binada otururmuşlar?Yox əgər təmirliymişsə niyə indi 4 milyon manatlıq təmir edirlər?Və ya belə deyim:o 4 milyonun hamısı təmirə gedəcək?Mühasibatdakı debit-krediti nəzərdə tutmuram,insafən soruşuram.Çünki bu dar macalda 4 milyonluq təmirə nə ehtiyac yəni. Türkcəsi Yani.O boyda Domsovetin əsaslı təmirinə 3 milyon xərclənmişdi ee,ona görə deyirəm.Bu agentlik domsovet boyda deyil axı.