Menu

Qazilər Milli Məclisin qarşısında aksiya keçirdi - Parlamentdə qəbul olunublar + VİDEO

13.07.2022, 14:51
Qazilər Milli Məclisin qarşısında aksiya keçirdi - Parlamentdə qəbul olunublar +  VİDEO

Bu gün bir qrup Qarabağ qazisi Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib. Onlar son günlərdə qazilərin intihar hallarının artması ilə bağlı toplaşıblar.

Daha sonra qazilər Parlamentə qəbul olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad Rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi.

Şərhlər

Oxucu 2022-07-13 16:32:29

.... adi vetendaş nələr çəkir bunu Allah bilir:((

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol