Özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov həbs edilib. “Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.
Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu. O, 2020-ci ildə deputatlığa namizəd olub.
Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.


Şərhlər
Qazilərin haqqını tapdayan,layiq olduqlarını əllərindən alan Sahil Babayevə hələ də heç nə deyən yoxdur.....
Tərtərdə əsgərləri, zabitləri hər cür təhqir edənlər nədənsə azadlıqda gəzir. Amma Abid bir kəlmə söz deyib, o sözdə böyük bir təhqir tapılıb. ....
Tonlarla cinayəti olanlara qaşın üstə gözün deyən yox, qazilər tərəfindən bağışlanan bir yazığı tutub basırsız içəri.
"Təhqir"ə dözməyənlər digər qaziləri ölüm həddinə çatdıranları niyə həbs etmirlər???