2021-ci ildə Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 1 378,547 milyon manat xərclənib.
“Report” bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanuna istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 18,3% azdır.
Səhiyyə xərclərinin 1,378 milyon manatı (2020-ci illə müqayisədə 2,4 dəfə çox) poliklinikalar və ambulatoriyalara, 138,754 milyon manatı (8,3 % az) xəstəxanalara, 1,671 milyon manatı (6,2% az) səhiyyə sahəsində tətbiqi tətqiqatlara, 1 236,744 milyon manatı (19,4 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə yönəldilib.


Şərhlər
SƏHIYYƏNIN INSANLARA XIDMƏtINI YAXŞILAŞDIRMAQ,PULLU XIDMƏTLƏRI AZALTMAQ Ə'VƏZINƏ BELƏ QƏNAƏT LAZIMDIRMI? SƏHİYYƏ KİMƏ XİDMƏT EDİR?XALQA YOXSA MAFİOZLARA?
Tibbi sığortadan altı aylıq məbləğ də verilsəydi nəyisə dəyərləndirmək olardı?