Menu

Hindistanda meymunçiçəyinə ilk yoluxma halı təsdiqlənib

15.07.2022, 09:13
Hindistanda meymunçiçəyinə ilk yoluxma halı təsdiqlənib

Hindistanın səhiyyə sisteminin rəsmiləri meymunçiçəyinə ilk yoluxma hadisəsini təsdiqləyiblər.

“Report” “HaberGlobal”a istinadən xəbər verir ki, meymunçiçəyinə yoluxmuş Kerala ştatının 35 yaşlı sakini həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəyə gəlib.

Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, hökumət vəziyyəti yaxından izləyir, qabaqlayıcı addımlar atır və epidemiya ehtimalına qarşı dövlətlərlə koordinasiyada çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol