Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın yeniyetmə qızı döydüyü iddia edilir. R.Əliyevə İndex.az-a bildirib ki, yayılan xəbərlərin hamısı şayiədir.
“O qız heç bizim evimizə gəlməyib. Qızımın sinif yoldaşıdır. Gəlib maraqlansanız görərsiniz ki, o qız heç ailəsi ilə yaşamır. Gah xalasının yanında, gah anası bibisinin yanında yaşayır. Hansı ki, o qızın xalası 7 il əvvəl məktəbin direktoru tərəfindən əxlaqi durumuna görə məktəbdən qovulub. Mənim qızım onun telefonunu gətirib mənə verib. Məndə o qızın məktəbdə uşaqlara pis təsir etdiyini bilirdim. Telefona baxdıqda gördüm ki, içində dəhşətli videolar və fotolar var. Məndə bu video və fotoların bir qismini atasına və anasına göndərdim. Onlar da, bunun qarşılığında mənim vəzifədə olmağımdan istifadə edərək belə şayiələr ortaya atıblar. Bir neçə həftə əvvəl məktəbdə keçirilmiş iclasda direktor həmin qızın qovulması barədə qərar qəbul etmişdi. Mən heç kimdən çəkinmirəm. Ən azından məktəbin direktoru kimi qaçıb gizlənmirəm. Bütün sualları və zəngləri cavablandırmağa hazıram. Mən sadəcə istədim ki, qızın valideynləri məsələdən agah olsunlar”, - deyə o bildirib.
***
Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəbdə təhsil alan məktəbli fiziki zorakılğa məruz qalıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şəxsi "feysbuk" hesabından paylaşıım edib.
Onun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Məktəblinin şəkillərini göndərən şəxs iddia edib ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir: “Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”.
Lənkəran rayon İcra Hakimiyyətindən “Qafqazinfo”-ya bildirilib ki, məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır: “Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran ŞRPŞ-nə məlumat verilib, hazırda şöbədə araşdırma aparılır”.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə sorğumuzu belə cavablandırıb: "Həmin məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".





Şərhlər
"İki dövşanı bir fətva" ilə, dönməzliyi də düşünülmüş ssenariyə bənzəmədimi?
Bu yekəlikdə yalan olmaz! Bu biabırçılıqdır! ....
İcra başçısının müavini qoçuluq edir, təcili həbs olunmalıdır. Axı sənə kim verib bu səlahiyyəti, yazıq qızın sifətini, bədənini nəgünə salıb. Qanun qarçısında cavab verməlidir, işdən çıxarılmaqla yox, həbs olunmalıdır...