“Ölkə.Az” səkkiz yaşını qeyd edir

Bu gün “Ölkə.Az” saytı səkkiz yaşını qeyd edir.

Ölkə.Az 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk gündən etibarən kollektiv Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Qeyd edək ki, “Ölkə.Az” Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm “Netty”, həm də “MilliNet” mükafatlarının qalibi olub. Bundan əlavə, 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar