Menu

Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış memorandumu təsdiqlədi

15.07.2022, 15:01
Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış memorandumu təsdiqlədi

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandum təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.

Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol