Menu

“Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırıq” - Baş nazir

16.07.2022, 19:15
“Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırıq” - Baş nazir

Gürcüstan Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.

“Gürcüstan bölgəmizdə süh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa sadiq qalır”, - Baş nazir vurğulayıb.

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin bu gün Tbilisidə baş tutan görüşünü alqışlayan hökumət başçısı Tbilisinin iki ölkə arasında gələcək görüşlərə də ev sahibliyi etməsinə hazırlığını ifadə edib: “Sülh xalqlarımızın firavanlığı üçün mütləq vacibdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol