Menu

ABŞ-da iki təyyarə havada toqquşub: Dörd nəfər həlak olub - VİDEO

18.07.2022, 10:20
ABŞ-da iki təyyarə havada toqquşub: Dörd nəfər həlak olub - VİDEO

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki beynəlxalq aeroportda iki təyyarənin havada toqquşması nəticəsində dörd nəfər həlak olub.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb. “İlkin məlumatlara görə, “Piper PA-46” eniş edərkən “Cessna 172” ilə toqquşub.

Ölənlərin kimliyi və hadisənin səbəbi barədə hələlik məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol