Lənkəran İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən uzaqlaşdırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.


Şərhlər
Bes direktor ?
Maraqlidir, niye meni ne 11 il oxudugum mektebde, ne tehsil aldigim universitetde kimse doymeyib? Bir mesel var-gunah vurulanda ve oldurulende olur. Yaxshi arashdirilsin, kimdir ki, bu ushaq, niye bu dereceye chatdirib ki, doyulsun?