Menu

Moldova ilə Ukrayna sərhədində “spirt boru kəməri” tapıldı - VİDEO

19.07.2022, 10:17
Moldova ilə Ukrayna sərhədində “spirt boru kəməri” tapıldı - VİDEO

Ukraynanın Podolsk sərhəd dəstəsinin əməkdaşları Moldova ilə dövlət sərhədi yaxınlığında plastik borulardan ibarət yeraltı xətt aşkar ediblər.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Boru 32 yaşlı Ukrayna vətəndaşının fərdi yaşayış evi istiqamətində dövlət sərhəddi boyu yeran altından 300 metrlik məsafədə uzanıb.

“Magistral kəmər” Moldova-Ukrayna sərhədinin Dnestryanı seqmentindən Ukraynanın Odessa bölgəsinə spirtin qeyri-qanuni daşınması üçün istifadə edilib.

Ukrayna Təhlükəsizlik Xidməti və Razdelnyanski Rayon Prokurorluğu tərəfindən aparılan axtarışlardan sonra yaxınlıqda xarakterik spirt qoxusu olan qablar və bükülmüş polietilen borunun bir hissəsi aşkar edilib.

Şərhlər

B.Qarabağlı 2022-07-19 11:54:18

Kim necə müəyyən edib ki, qeyri qanunidir? Bir ölkə vətəndaşı emal edib, digər ölkə vətəndaşına nəql edib! Ola bilsin ki, vergisi ödənməyib? Boru kəmərinin xərclərini də çıxanda bir elə vergi rüsumu qalmayacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol