XƏSTƏ İMPERİYANIN "QIZDIRMASI"

və ya Petruxanın Qibleyi-Aləm olmaqlığı

Mirzə AĞ

Hələ Jirinovski özünün «kəsakəs vaxtlarında» demişdi ki, ruslar respublika sözünü başa düşmürlər, onlar yalnız imperiya kəlməsini anlayırlar. Jirinovskikimilərin bu «siyasəti» günümüzdə də «uğurla» davam etdirilir - ən yüksək səviyyələrdə, həm dövlət başçısı, həm deputatlar, həm hərbçilər… tərəfindən…

Bu baxımdan Rusiya Liberal Demokrat Partiyasının (mahiyyətcə demokratlıqdan xeyli uzaq) post-Jirinovski günlərində səsləndirdiyi düşük təklif heç də təsadüf sayılmamalıdır, həm də o deməkdir ki, şair demiş, «davam edir 37, daha kəskin, daha ciddi». Sanki bu ölkənin heç bir problemi yox imiş kimi və RLDP-nın özgə işi-gücü yox imiş kimi, durub təklif edir ki, bəs, nə var-nə var, vaxtdır, gərəkdir ki, Rusiyanın dövlət başçısı (prezident) bundan sonra «qibleyi-aləm» (dünyaların qibləsi!) - «hökmdar» adlandırılsın. Çünki 18-ci əsrə qədər onların hamısına, o cümlədən də məşhuri-cahan İkinci Yekaterinaya «qibleyi-aləm» deyiblər. Onlar da «qibleyi-aləm» olduqları qədərində ölkə əhalisini (təbəəni, «krepostnoyu») kefləri istədiyi kimi ələ salıblar. Məsələn, bunu bir neçə misalla sübut etmək olar. 

Birincisi, Rusiyanın məşhur «hökmdarı», məşhuri-cahan olmuş hikkəli QƏHBƏdir ki, kişi cinsindən olan İRİAHAL təbəələrin əksəriyyətini ZORLAYIB, bir qismini mənsəbə yüksəldib, bir qismini isə cismən məhv etdirib. Onun «sərgüzəştləri» barədə cildlərlə lətifələr uydurulub, coğrafi ərazilər isə ona İTHAF edilib - Ukraynadakı «Amur vilayəti» kimi. Yox-yox, əslində Ukrayna ərazisində Amur vilayəti adlı inzibati-ərazi bölgüsü yoxdur. Sadəcə, məşhur ... (qibleyi-aləm) rus çarı İkinci Yekaterina hər yayda başının dəstəsi ilə (oxu: alkaşlar və fahişələr ordusu!) birlikdə Dnepropetrovsk vilayətinin Dneprodzerjinsk kəndinə gedərmiş və orada amur işləri ilə (oxu: fahişəliklə!) məşğul olarmış. Çariça və Rusiyanın «krepastnoy» kəndliləri bu "fəaliyyətdən" o qədər razı qalıblar ki, el arasında Dneprodzerjinski kəndini indinin özündə də Amur vilayəti adlandırmaqdan çəkinməyiblər. Amma bu ərazi tək omayıb - Rusiyada çoxsaylı kəndlər-şəhərlər də AMUR vilayəti olub. Təsadüfi deyil ki, bu günlərdə Ukrayna hakimiyyəti Odessada İkinci Yekaterinanın fahişəlik simvolu olan abidəsini yığışdıraraq, yerində bir amerikalı porno-ulduzun «heykəlinin» qoyulmasına qərar verib və üzrxahlıq edib ki, bu fahişə hökmdar Ukraynanı dünyada biabır edib…

Rus hökmdarlarının başları QƏHBƏLİYƏ və ALKOQOLİZMƏ qarışdığından, əslində onlar tarix boyunca ölkə əhalisindən ayrı düşüblər və ayrı düşdükləri qədərində də onları ADAM YERİNƏ qoymayıblar. Elə bu səbəbdən də indinin özündə Rusiyanın vətəndaşları hələ də mahiyyət etibarilə «krepostnoy»durlar. Bu qənaətimi də bir rəvayətlə möhkəmlətməyə cəhd edəcəm. 

Rəvayətə görə, Rus çarlarından biri (fərqi yoxdur, çünki onların hamısı «bir bezin qırağı» kimi olub) yaz ağzı başının dəstəsi ilə (oxu: alkaşlar və fahişələr dəstəsi) əyalətə səfərə çıxır. Yol boyu karetaları saxlayıb insanlara tamaşa edərkən, «qibleyi-aləm» görər ki, əhali döşənib yerdə OT YEYİR! Maraqlanıb, adamlarından birini göndərib ki, soruşsun: İNSANLAR NƏ ÜÇÜN OT YEYİRLƏRLƏR? Xəbərçi qayıdıb, hökmdara xəbər verir ki, bəs, çörək olmadığına görə əhali OT YEYİR. «Qibleyi-aləm» də əlüstü deyib: «Nə axmaq adamlardır, əşi çörək yoxdur, BULKA yesinlər də»…

İndinin özündə də dünyanın ən zəngin ölkəsi olan Rusiyanın əhalisi əslində, ərzaq qıtlığı üzündən OT YEMƏKLƏ ömür sürür. Bir neçə ay bundan əvvəl Rusiyada aparılmış bir sosioloji sorğunun nəticəsi göstərmişdi ki, ölkə əhalisinin hər 5 nəfərindən biri sərt aclıq keçirir ki, bu da ölkə əhalisinin ümumi sayının 20 faizi deməkdir. Bunun əvəzində «qibleyi-aləm» başda olmaqla, Rusiyanın bütün məmurları milyardların sahibidirlər və ac əhalini Ukraynaya, Suriyaya, Liviyaya, Qarabağa müharibəyə göndərirlər. İnsanlar bir-birini qırırlar və «hökmdar» da bundan ləzzət alır.

Belə bir ölkədə dövlət başçısını «qibleyi-aləm» adlandırmaq qəbahət sayılmırsa, o zaman əhalinin «krepostnoy» olması şübhə doğurmaz.

635x100

Şərhlər

Elmira 2022-07-31 14:31:39

Mirza bəy hər zaman çox maraqlı yazır. Məmnunuyyətlə oxuyuruq. Qələminiz həmişə belə iti olsun.

Türk Turan 2022-07-21 00:35:43

Mirzə bəyə sonsuz təşəkkürümüzü bildiririk, minnətdarıq. Var olun! Allah bunların belini qırsın, kökünü kəssin! Gör nə vəziyyətə düşmüşük ki, belə alçaq, zatıqırıq, murdar, namussuz, əclaf məxluqlar müqəddəs Qarabağımızda sülhməramlı missiya yerinə yetirir. Allah bizə hidayət versin ki, kor gözlərimiz açılsın, bunları elliklə torpaqlarımızdan iti qovan kimi qovaq. Bir daha təşəkkür edirik, Mirzə bəy! Xahiş edirik ki, belə məqalələrin sayını çoxaltasınız. Allaha əmanət olun.

Eli 2022-07-20 17:56:19

Mirze bey çıx sağ olun bu yazıya göre.Mence bu yazını bir az genişlendirmek olardı.Meselen 20 il bundan evvel menim elime 1898-ci ilde Rusiyada neşr olunmuş Böyük Rusiya Ensiklopefiyası keçmişdi.Müellifi ve redaktoru milliyyetce rus olan “Sifilis” haqqındakı elmi meqalede bele bir cümle var idi:”Сифилис быль и будет национальным болезьным русского народа».Mence bu başlıq altında geniş bir yazı yazmaq mümkündür.

Son yazılar