Menu

Ukrayna Milli Bankı devalvasiyaya getməli olub

21.07.2022, 13:11
Ukrayna Milli Bankı devalvasiyaya getməli olub

Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb.

Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.

"Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq", - deyə UMB-nin açıqlamasında qeyd olunub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol