Menu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

22.07.2022, 11:02
Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 000 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 704 tank, 3 920 zirehli döyüş maşını, 863 artilleriya sistemi, 251 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 713 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 803 avtomobil texnikası və avtosistern, 72 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol