Krım körpüsünün məhv edilməsinin ideal variantı bu olardı ki, körpü ilə döyüş sursatı yüklənmiş qatar keçərkən onu bir zərbə ilə vurasan.

Bu fikri hərbi ekspert Oleq Jdanov səsləndirib.

«İdeal variant olardı ki, oradan döyüş sursatı yüklənmiş qatar keçərkən onu bir atəşlə vurasan. Bu halda detonasiya hesabına körpünü məhv etmək olardı. Yeganə problem ondadır ki, bütün hərbi eşalonlar qrafik əsasında, cədvəl əsasında getmir. Belə yüklərin dəmir yolu ilə hərəkəti prioritet təşkil edir, onları ilk növbədə buraxırlar. Ona görə də bu günə olan vəziyyət belədir ki, eşalonun nə vaxt gedəcəyini müəyyən etmək çətinlik törədir. Əgər bu mümkün olarsa, ideal variant olar» - ekspert qeyd edib.

AzPolitika.info