Menu

Türkiyə XİN İsveçə xəbərdarlıq etdi

24.07.2022, 00:01
Türkiyə XİN İsveçə xəbərdarlıq etdi

İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.

Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib. (Mənbə: TRT)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol