Menu

“İstanbulda Taxıl dəhlizinin Koordinasiya Mərkəzi formalaşdırılıb” - Hukusi Akar

23.07.2022, 22:29
“İstanbulda Taxıl dəhlizinin Koordinasiya Mərkəzi formalaşdırılıb” - Hukusi Akar

Taxıl dəhlizinin yaradılmasına dair Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan dördtərəfli sazişə əsasən, İstanbulda yaradılan Koordinasiya Mərkəzinin formalaşdırılması üzrə işlər yekunlaşıb.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və Ukraynanın nümayəndələri, o cümlədən BMT nümayəndəsi Türkiyə ilə birgə Mərkəzdə işləyir.

Nazir ölkəsinin razılaşma ilə üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcəyini deyib və bütün digər işlərin də müqavilədə qeyd olunduğu kimi davam etməsini arzulayıb.(Mənbə: Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol