Menu

Goranboyda iki avtomobil toqquşub - 4 qadın xəsarət alıb

23.07.2022, 23:01
Goranboyda iki avtomobil toqquşub - 4 qadın xəsarət alıb

Goranboyda avtomobillərin toqquşması zamanı 4 qadın xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəfəq və Zeyvə kəndlərini birləşdirən avtomobil yolunda 2 nəqliyyat vasitəsinin toqquşmas zamanı 1985-ci il təvəllüdlü N.Cəfərova, 1981-ci il təvəllüdlü Y.Əhmədova, 2004-cü il təvəllüdlü A.Həşimova və bacısı, 2006-cı il təvəllüdlü R.Həşimova xəsarət alıblar.

Yaralılar Goranboy Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol