Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.

Şərhlər
44 günlük müharibədə Gəncəyə "İskəndər" raketi ermənistan ərazisindən atılmışdı.Paşinyan dedi ki,mən çox paxlava yemişəm,amma o raketi ermənilər atmayıb.Rus dedi sən atmısan,o da dedi mən necə ata bilərəm bizdə olmayan raketi?Heç bir ölkə də başqa ölkəyə satammaz onu.Rus dedi,əlbət oğurlanıb aparılıb.Ay amaan!O boyda raket iynədi,sancaqdı,araq butulkasıdı-nədi ki,sərhəddən gizlicə keçirəsən.Qərəz,məsələ Moskvaya uzandı,danışıqlar-filanlar oldu.Sonra biləmmədik noldu.Tarixə qarışdı raket məsələsi.İndi bu parthapartda da rus barmağı kəsindir.Tamamən şübhəsizdi o raketi ermənistan ərazisindən rusların atdığı kimi.Türkiyəylə ermənistan münasibətləri yumşalmaqdadı axı.Moskva istərmi bunu?