Menu

Çin Rusiya Federasiyasna investisiyanı dayandırıb - Mərkəzi proqram çərçivəsində

26.07.2022, 14:54
Çin Rusiya Federasiyasna investisiyanı dayandırıb - Mərkəzi proqram çərçivəsində

«Bir kəmər, bir yol» proqramı çərçivəsində Rusiyada Çinin investisiyası ilk dəfə sıfıra qədər enib, bu da onu göstərir ki, Pekin Ukraynadakı müharibəyə görə sanksiya altına düşmək istəmir.

“Financial Times”ın Green Finance&Development Center universitetinin hesabatına istinadla xəbər verdiyi kimi, Pekin Rusiya təşkilatları ilə «Bir kəmər, bir yol» proqramı çərçivəsində 2022-ci ilin birinci yarısında saziş bağlamayıb.

«Bir kəmər, bir yol» infrastrukturun inkişafı üzrə qlobal proqramdır, limanlardan dəmir yollarına və şaxtalara qədər məlumatların emalını əhatə edir. Onu xarici siyasətdə ÇXR lideri Si Tsizinpinin mərkəzi proqram layihəsi hesab edirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol