Menu

Manatla bağlı bu tarixdə qərar veriləcək - RƏSMİ AÇIQLAMA

28.07.2022, 21:41
Manatla bağlı bu tarixdə qərar veriləcək - RƏSMİ AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

AMB xəbər verir ki, iyulun 29-da Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını və bununla bağlı geniş açıqlama yayacaq.

Qeyd edək ki, sonuncu dəfə AMB iyunun 17-də faiz qərarını açıqlayıb və uçot dərəcəsini dəyişməyərək 7.75% olaraq saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol