"RUSİYANIN PARÇALANACAĞI FİKRİ ONLARI DƏHŞƏTƏ SALIR" - "Mən qələbənin üç ssenarisini görürəm..." (Müsahibənin II HİSSƏSİ)



Harri Kasparov: “Putin Rusiyasını Puşkin Rusiyasından ayırmağa çalışmaq mənəviyyatsızlıqdır...Bu gün Rusiya Putinin Rusiyasıdır. Heç bir başqa Rusiya mövcud deyil, çünki bu gün Rusiya öldürür”
"Rusiya Putinlə uçuruma itələnəcək...Heç kim Putin uğrunda ölməyə imza atmayıb"
Hazırda Xorvatiyada yaşayan və Putinin yürütdüyü siyasətə qarşı ən sərt fikirlər səsləndirənlərdən biri olan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ukrayna-Rusiya müharibəsi və bu müharibədə Avropa dövlət başçılarının tutduqları mövqe ilə bağlı Ukraynanın “Obozrevatel.com” saytına müsahibə verib.
“AzPolitika.info” həmin müsahibənin bir hissəsini dərc etmişdi. Müsahibənin qalan hissəsini də oxuculara təqdim edirik:
- Nə üçün Avropa liderləri indiyədək Putinə təcavüzkar və hərbi cani kimi yox, “Ukrayna münaqişəsinin” tərəflərindən biri kimi, qışda qaz mübadiləsini razılaşdıracaq siyasi oyunçu kimi yanaşırlar?
- Bu, bürokratiyanın gərginlikdən qorxmasından irəli gəlir. Onlar nəyi mümkün bilirlərsə, onu da edirlər. Amma unutmayın ki, hər halda Avropada müəyyən dəyərlər var və Avropa bürokratiyası ona riayət etməyə məhkumdur. Yəni, onlar Buçada və İrpendə olanları gördülər. Bu isə köhnə alqoritmə qayıtmağı mümkünsüz edir.
Ancaq köhnə mənzərəyə qayıtmamaq o demək deyil ki, onlar yenisini görürlər. Onlar bunun əvəzinə nəyin olacağını bilmirlər. Putinlə danışıqlarda özlərini moderator kimi görməyi təsəvvür etmədikləri kimi, Putini Haaqadakı müttəhimlər kürsüsündə də görə bilmirlər. Ukraynanın qalib gələcəyi, ərazisinin azad ediləcəyi, bayrağının Sevastopolda qaldırılacağı, Rusiyanın parçalanacağı fikirləri onları dəhşətə salır. Onlar bu cür dünyada necə yaşamağı başa düşmürlər. Bürokratlara hər şeyin aydın olduğu koordinatlar sistemi lazımdır. Bu koordinatlar sistemində onlar illərlə yaşayıblar, amma bu gün başqa bir müstəviyə keçirlər ki, orada ümumiyyətlə, heç bir koordinat yoxdur. Bundan başqa, üfüqdə real fəlakət gəzir (onların baxışına görə). Bu, Rusiyanın müharibədə məğlubiyyətə uğramasıdır. Onlar yaxşı bilirlər ki, müharibədə məğlubiyyət həmişə diktaturanı məhvə sürükləyir. Rusiyada isə tarixi analogiyalar var: 19-cu əsrin ortasında Krım müharibəsi, Rusiya-Yaponiya müharibəsi, Birinci Dünya müharibəsi. Əfqanıstan müharibəsini də yada salmaq lazımdır.
- Sizin anlamınızda Ukraynanın qələbəsi nə deməkdir?
- Ukrayna ərazisinin bütövliklə azad edilməsi. Mən ilk başdan deyirəm ki, Qərb prinsipial mövqe tutmalıdır. Əslində biz sanksiya dedikdə, bilməliyik ki, sanksiya həm də psixologiya məsələsidir. Birjada olduğu kimi, elə şeylər var ki, öncədən ortaya qoyulur. Gözləməyin özü də material dəyərdir.
Avropa və Amerika üç prinsipial şərt yerinə yetirilməyənə kimi Ukraynaya qarşı təcavüzə və cinayətlərə görə Rusiyaya tətbiq edilən sanksiyaları götürüməyəcəyini bildirməlidir.
Birincisi, Ukraynanın bütün ərazisi azad edilməlidir, 1991-ci ilin sərhədlərinə qədər.
İkincisi, beynəlxalq institutların hesablamalarına əsasən bütün təzminat ödənilməlidir.
Üçüncüsü, hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmalıdır.
Bu üç mövqenin səsləndirilməsi yüzlərcə “HIMARS” -ın yollanmasına bərabər zərbədir. Bunlar istənilən Rusiya məmurunu Putinin gələcəyinin olmaması fikrinə gətirir. Hələ ki, onlar ümid edirlər ki, hə, sanksiya var, lakin kimsə bunlardan yan ötə biləcək. Bax, bu, çox mühümdür.
Həmin şey qaza da aiddir. Ondan imtina edə bilmirsinizsə, onda imtina edəcəyiniz tarixi müəyyənləşdirin. Eybi yoxdur, qoy il yarımdan sonra olsun, lakin deyin ki, hansısa vaxtda Avropaya qaz nəql olunmayacaq. Bu, həmin gözləmədir. İl yarımdan sonra “Qazprom” iflasa uğrayacaq. Ukraynanın qələbəsi Rusiya imperiyasının indiki aqressiv formasının sonunu gətirmək üçün potensial şansdır. Bu, çoxəsrlik müharibələrin sonu deməkdir və bizim bu məkanda daha sivil bir şeylər yaratmağımıza imkanlar açacaq. Bəlkə də heç nə alınmadı, lakin ən azından bu, nəinki Ukraynada, həm də Rusiya daxil olmaqla yaxın ölkələrdə kardinal dəyişikliklər üçün ümid olacaq.
- Gəlin, Sizin Ukraynanın Rusiya üzərində qələbəsi barəsindəki tezislərinizi yol xəritəsinə, hanısısa hadisələr təqviminə dönüşdürək. Nə və nə vaxt baş verəcək?
- Gəlin, sanksiyalardan danışaq. Onlar işləyir və Rusiya iqtisadiyyatı çox pis vəziyyətdədir. Bu, hələ ki, adi insanlara çatmayıb. Məsələn, avtomobil istehsalı 97 faiz düşüb. Sovet iqtisadiyyatından fərqli olaraq Rusiya iqtisadiyyatı tamamilə Qərbə bağlıdır. Başlayaq elə bank kartlarından. İndi onlar yoxdur, çünki rusliyalılar çip istehsal edə bilmirlər. Nəqliyyatı təmir etməyə bir şey yoxdur.Hər şey Qərbdən gəlib. Putinin modeli mübadilə nəzərdə tutub: biz sizə ucuz neft, qaz yollayırıq, qızıl, meşə materialı, nadir metallar veririk, siz isə qalan şeyləri bizə verin. Bu gün idxalın əvəzlənməsinın heç cür şansı yoxdur. Biz yalnız dörd-beş aylıq blokadadan danışırıq.
Putinə izah etmək lazımdır ki, sanksiyalar heç yerə getməyəcək. Hələ indiyədək heç kim bu cür bəyanat verməyib. Nə Bayden, nə də ki, avropalılar “Ukrayna ərazisinin tam azad edilməsindən tutmuş, bütün tələblər yerinə yetirilməyənədək sanksiyalar qaldırılmayacaq” deməyiblər. Məhz bu cür konsepsiya döyüş meydanındakı nəticə ilə Rusiyadakı iqtisadi vəziyyətin nəinki kəndlərdə, həm də Moskva və Peterburqda pişləşməsini biri-birinə bağlamaldır.
Putinin indiyədək səfərbərlik elan etməməsi təsadüfi deyil. O, müharibənin Moskvaya və Peterburqa gəlməsindən çox qorxur. Həmçinin, Yekaterenburqa və Novosibirskə. Putin böyük şəhərlər üçün qıcıq doğura biləcək şeylərdən qaçır, çünki Rusiyadakı hakimiyyət məsələsi məhz orada həll edilir.
Ona görə də Rusiya ordusu üçün əsgərləri əsasən Buryatiya, Tuva, Çeçenistan, Dağıstan, Cənubi Osetiya və digər depressiv regionlardan, kiçik şəhərlərdən cəlb edirlər. İndi artıq məhbuslar barəsində danışrlar. Bəllidir ki, Putin “yük-200”-ün Moskvaya və Peterburqa gəlməsindən bərk qorxur və istəyir ki, bu şəhərlərin əhalisini televiziya rejimində saxlasın.
Qələbə təqvimi belə görünə bilər. Əlbəttə, Ukraynaya daha çox silah lazımdır və silah gəlir. Mən başa düşürəm, siz və sizin hərbçilər tədarük tempindən narazısınız, amma hər halda silah artır və bu silahlar döyüş meydanındakı vəziyyətə təsir göstərir. Sözsüz ki, bu silahlar üç ay öncə də ola bilərdi. Bütün bu söhbətlər, loqistikanın yoxluğu və sair.
Mən hamının yadına 1941-ci ili salıram, Hitler SSRİ-yə hücum edəndən sonra ilin sonuna kimi amerikalılar Stalinə 360 min ton silah və müxtəlif hərbi avadanlıq yollamışdılar. Onda bütün Avropa nasistlər tərəfindən işğal olunmuşdu. Həmin vaxt yeganə yol şimaldan, dənizdən idi və alman sualtı qayıqları bu sularda üzür, təyyarələri isə havada uçurdu. Təsəvvür edirsinizmi, 360 min ton.
Bəs, indi nə qədər göndəriblər? Bütün Avropadan hər şeyi rahat gətirmək olar. Polşa, Slovakiya, hətta Rumıniya...
Ukraynaya silah və ərzaq yollamağın imkanları kifayət qədərdir. Yardımın həcmi tədricən artır. Mən Ukraynaya yardım toplayan bir insan kimi bunun necə getdiyini bilirəm. Demək lazımdır ki, Avropa müharibəyə hazır deyil. Silahlanmaya münasibətdə göstərilən səhlənkarlıq özünü büruzə verir. Ancaq amerikanlarda silah var. Amerika köməyi artıra bilər.
- Onda nəyə görə onlar silah vermirlər?
- Amerikada bu müharibədə Rusiyanın məğlubiyyətindən qorxan böyük güclər var, çünki onlar da bundan sonra nə olacağını bilmirlər. Məsələn, CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) rəhbəri. Bu şəxs Rusiyada səfir və Barak Obama dövründə dövlət katibinin müavini işləyib. Bu məsələdə onun mövqeyi elə ilk başlardan təmkinli və yumşaq olub. ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri. O, həmişə təslimçi mövqedə durub. Obama zamanında Dövlət katibi işləyəndə mümkün olan hər şeyi Rusiyaya və Lavrova satdı. Bu, administrasiyaya təsir göstərə bilən güclü qruplaşmadır.
Lakin bu gün ağıllı mövqe qələbə qazanır. Bu, Ukraynanın qələbəsinin vacibliyini anlayan Dövlət katibi Blinkenin mövqeyidir. Pentaqon rəhbəri Ostin də həmin mövqedə dayanır.
- Yeni ilə kimi ciddi dönüş gözləmək olarmı?
- Xersonun azad edilməsi mühüm mərhələ olacaq. Əgər yaxın aylarda buna nail olunarsa, bu, müharibədə dönüş deməkdir. Bu, mühüm psixoloji məqamdır.
Mən qələbənin üç ssenarisini görürəm. Birincisi, necə deyərlər, daha sürətlidir. Bu nikbin ssenariyə görə qələbə 3-4 ay ərzində baş verir, qışa qədər.
İkinci ssenari daha uzun sürəndir. Əlbəttə, bundan qaçmaq istərdik, amma bu da mümkündür. Bu, qışı atlatmaqla müharibənin daha uzunmüddətli fazasına transformasiyasıdır. Əgər Avropa qışı siyasi fəlakət olmadan keçirərsə, yazda Putin rejiminin çöküşü başlaya bilər, çünki putinçilər yalnız qışa ümid bəsləyirlər. Bu, onların son şansıdır.
Üçüncüsü, əgər Ukrayna müharibəni uda bilməsə və avqust, sentyabr, oktyabr ayında həlledici qələbə qazanmasa, onda məsələ gedib dayanacaq Avropa və Amerika iqtisadiyyatının iqtisadi böhrandan çıxmasına. Mən hesab edirəm ki, onların resursları var.
Yazda Putin rejimini total çöküş gözləyir. Rusiya iqtisadiyyatının dayanıqlığını görmürəm. Əslində, sanksiyalar hakim sinfi vurur. Onlar Putinin imperialist kursunun məsrəflərinin yükünü daşıyacaqlarını fikirləşmirdilər. Heç kim Putin uğrunda ölməyə imza atmayıb.

- Rusiyanın parçalanması mümükündürmü? Hansı ssenarilər ola bilər?
- Burada söhbət mümkündürmü məsələsindən yox, hansısa məqamda qaçılmaz ola biləcək seçimdən gedir. Ona görə də Rusiya üçün əlverişli nəticə Rusiya ordusunun Ukraynada tam məhv edilməsi və Ukrayna ərazisinin azad edilməsidir. Bu, imperiya matrisasının özünü tükəndirdiyi həqiqətini Rusiya ictimai düşüncəsinə çatdıra biləcək yeganə üsuldur. Anlamalıdırlar ki, hər şey bitdi, başqa bir şey qurmaq lazımdır. Hərbi cəhətdən darmadağın olmaq başlıca kriteriyadır. Krımın azad olunması və onun Ukraynaya qaytarılması planında bu, çox vacib məqamdır.
- Sizcə, avropalılar və amerikalılar vəziyyəti dəyişdirə biləcək silahları bizə verəcəklərmi?
- Hər şey buna doğru gedir.
- Yəni, siz hesab edirsiniz ki, amerikalılar Rusiyanı darmadağın etmək üçün silah verəcəklər?
- Ukraynada daha çox silah peyda olur. Gec və ya tez Sevastopolu, Krım körpüsünü vura biləcək raketlər də olacaq. Əslində bu, Rusiya üçün qorxulu mənzərədir. Amerikanların Ukraynaya 300 kilometr radiuslu raketlər göndərməsi mühüm və kritik məqamdır. Biz Amerikanın nə üçün bunu etməməsini anlayırıq. Çünki bu, qarşıdurmadır və belə olan halda Ukrayna Qara dəniz donanması məsələsini birdəfəlik həll edə bilər.
- Sizcə nə üçün bizə həmin raketləri vermirlər?
- Bizim Baydendən başqa prezidentimiz yoxdur. Biz işimizi onunla görməliyik. Onları tənqid etmək olar və bu, lazımdır. Biz silahların verilməsi prosesini sürətləndirə bilərik. Mən əminəm ki, ukraynalılar tərəfindən buraxılan ilk Amerika raketi Sevastopola düşən kimi Rusiya ictimai fikrində təlaş başlayacaq. Hələ ki, müharibənin nəticələri və bu müharibənin uduzula biləcəyi barədə anlayış yoxdur. Və biz yenidən Rusiyanın ənənələrinə qayıdırıq. Üfüqdə məğlubiyyətin işartıları görünsə, vəziyyət kəskin dəyişəcək. Ukraynanın qələbəsinin konturlarını nümayiş etdirmək lazımdır. Bax, onda həqiqətən də inqilabi vəziyyət yaranacaq və bu, iqtisadi və siyasi narazılığa səbəb olacaq partlayışa gətirib çıxara bilər.
- Rusiya dağılacağı təqdirdə Çin onun ərazisinin bir hissəsini götürəcəkmi?
- Mən bunun baş verməsini istəməzdim, çünki Çin azad dünyaya qarşı duran növbəti opponentdir. Çin Yaponiya, Avstraliya, Cənubi Koreyanın da daxil olduğu “kollektiv Qərbə” qarşı duran geosiyası düşməndir.
Bu dünya Qərb dəyərləri üzərində qurulub. Çinin güclənməsi bizim ümumi problemimizdir. Çin Rusiyaya qarşı ərazi iddialarını gizlətmir. Bundan əlavə, həmin regionda demoqrafik vəziyyət Rusiyanın xeyrinə deyil. Rusiya Putinlə uçuruma itələnəcək. Bütün bunlar isə həmin əraziləri ələ keçirmək üçün Çinin şanslarını kəskin yüksəldir. Fikirləşmirəm ki, Çin Rusiyaya hücum edəcək, çünki Rusiya özü yıxıla bilər. Güclü Çin maqnit kimi əraziləri özünə çəkəcək və Rusiya nəsə edə bilməyəcək. Əlbəttə, belə ssenaridən qaçılmasını istərdim. Bunun üçün Putinin ənənəvi Rusiya imperiyası matrisası üzərində qurmaq istədiyi modelin əvəzinə Avroatlantizmlə inteqrasiyaya hədəflənmiş başqa bir şey təklif edilməlidir.
- Rusiyada nə baş verir? Kim real olaraq hansısa şərti müxalifətə rəhbərlik edə bilər?
- Rusiyanın gələcəyi necə görünəcək? Ortaya çoxlu suallar çıxır: iqtisadi vəziyyət, təzminat, Krımla nə etməli, Ukrayna yerli əhaliyə qarşı münasibətdə özünü necə aparacaq və sair. Sözsüz ki, bunlar qanuna müvafiq şəkildə olacaq. Biz ukraynalılara nəsə məsləhət verə bilmərik. Rusiya vətəndaşı olan bir insan Ukraynaya məsləhət vermək hüququnda deyil. Ancaq kömək etmək olar.
Bu, ağır prosesdir. Demək olar ki, Rusiyada heç kim Almaniyanın 1945-ci ildə keçirdiyi mənəvi çöküş kimi çətinlikləri yaşaya biləcəyini anlamaq istəmir. Rusiyanın bunları yaşayacağını demək lazımdır. Ola bilər ki, illər yox, hətta onilliklər boyu... Ağır mənəvi zədədir. Maraqlıdır ki, hətta normal təhsil görmüş, kitab oxumuş, Yaspersin (böyük alman psixoloqu, 1946-cı ildə kollektiv günah barəsində kitab yazıb) kimi olduğunu bilənlər də bu gün hansı vəziyyətə düşdüklərini anlamırlar.
Ona görə də “Rusiya Putin demək deyil, Puşkin Rusiyası da var” düşüncəsini irəli verməyə çalışanlar mənə elə gəlir ki, mütləq şəkildə mənəviyatsızdırlar. Bu gün Rusiya Putinin Rusiyasıdır. Heç bir başqa Rusiya mövcud deyil, çünki bu gün Rusiya öldürür. ”Axı, böyük Rusiya mədəniyyəti də var” deyənlər bilsinlər ki, almanların da mədəniyyəti vardı, amma “BBC” radiosu ilə almanlara müraciət edən Tomas Mann Bethoven və ya Höte barəsində danışmırdı. O, nasizmin cinayətindən danışırdı. Ona görə də, orta yol axtarmaq vəziyyəti yalnız pisləşdirir və bizim hansı tarixi dilemma qarşısında dayandığımızı başa düşmədiyimizi göstərir.
Məsələn, Şevçukun səs-küylü müsahibəsi ilə bağlı çoxsaylı insanlarda yaranmış eyforiyaya diqqət edək. O, deyir ki, ruslar qul deyil, biz işğal altındayıq, Donbas, Luqansk “Qrad”larla atəşə tutulur. Hər tərəf necə də təbliğatla qaynayır. Soruşmaq istərdim: kimdir bu ”biz” dediyin məvhum və kim işğaldadır? Kimdir işğalçı? Kim haranı işğal edib?
Gəlin, aydınlaşdıraq. Əslində, bu fraza indi baş verənlərin xarakterini açır. Yenə də Yaspersə qayıdıram. O, deyir ki, əlbəttə cinayət məsuliyyəti var, siyasi cavabdehlik məsuliyyəti var, mənəvi cavabdehlik məsuliyyəti var və həm də metafizik məsuliyyət var. Yəni, hansı insanlar qrupuna daxil olmanın da məsuliyyəti var.
İndiki hal “siyasi millətə” uyğundur. Bu cavabdehlik sənin heç nə etmədiyinlə bağlıdır. Biz bu gün həqiqətən də kollektiv günahın dərk olunması anına yaxınlaşırıq. Hazırda bu dərketmə hətta məndən artıq kitab oxuyan insanlarda belə yoxdur. Beləliklə, bu mübahisə davam edir.
Mənə elə gəlir ki, bu gün Ukraynada rus ədəbiyyatının nə üçün qadağan olunmasının müzakirə edilməsi müəyyən mənada mənəvi deqradasiya səviyyəsini göstərir. Bəli, əcəb edib, qadağan edirlər. Düzünü desəm, nə vaxt ki, Putin Rusiyası ilə Puşkin Rusiyasını ayırmaq istəyən adamları eşidirəm, məndə çox güclü mənəvi qəzəb meydan gəlir. Bu gün bunu etmək olmaz. Əlbəttə, ayrılıq mövcuddur, amma yalnız fiziki planda.
Təəssüf ki, Rusiya bu gün Putindir. Necə ki, Almaniya Hitler, SSRİ Stalin idi. Əlbəttə, bu gün Rusiyada Kremlin siyasəti ilə razılşmayanlar var. Biz dərketmə dövrünü yaşayacağıq, ancaq çox ləng. Bu, metafizik günahın cavabdehliyi hələ ki, hətta ən qabaqcıl insanların belə şüuruna girməyib. Bu, məni məyus edir. Baş verənlərin mahiyyətini anlayan insan Ukraynanın qələbəsinə kömək etməlidir, çünki bu, Putin rejiminin çökməsinin yeganə şansıdır.
Vaqif Nəsibov
“AzPolitika.info”
Ölkə
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Rusiyanın siyasi sistemi bütünlüklə korrupsiyaya bulaşıb,Texnologiyalrı isə yoxdur,onlar nəyə arxayındılar?Yəqin fiikrləşirlər ki,Qərb geri çəkiləcək.
Ərazisinin böyük bir hissəsində heç bir tarixi də rus izi yoxdur və Rusiyaya aid əlamətləri də yoxdur. Dağınıq məskunlaşmış yerli xalqlar ( A.Saxarov, Soljenitsın, Starovoytova qabartsalar da) heç bir dövlətçiliyə hazır deyillər? Amma, Çin rəva bilsə geniş Sibir-Uyqur dövləti yarada bilər.
Hormetli azpolitika.info saytinin oxuculari, HOKMEN bu videoya baxin : https://www.youtube.com/watch?v=zQHQts_tQW0 Интервью с Джейком Салливаном .
Azpolitika bu Mubariz adı ile yazan mentiqsiz texribatçıların şerhini nahaqq yere berirsiniz.30 İllik Qarabağ işğalı dövründe yehudiler harada yaşamadımdan asılı olmataraq daim bize destek olublar,İsrail dövleti de başda olmaqka,bu adam ne yazdığını başa düşürmü göresen?
Putin və Lavrov bir neçə seçki müddətidir ki, ABŞ prezidentləri və Avropa ilə təmasda dünyanı bölüşürlər. Uzun təcrübəyə görə onlar öz ətraflarını eşitmirlər? H.Qasparyan isə artıq çoxdan Azərbaycanı və Rusiyanı deyil, qərbi təmsil etdiyindən qərbin iİraq, Liviya, Suriya və digər işğallarından söz açmır? Kreml öz tarixi müttəfiqləri Azərbaycanı, Gürcüstanı, Moldovanı, Ukraynanı vurur və gec də olsa Suriya müharibəsinə girir ki, buralar də MƏNİMDİR!
Bu Mubariz adında "şərh" yazan deyəsən farsın mollasıdır. Cəfəngiyyətdən başqa heç nə fikir söyləməyib!
Vaqif Nəsibov bu tərcüməyə görə sağ olsun. Harri Qasparov, daha doğrusu Harri Vaynşteyn həddən artıq ağıllı adamdır. Hər fikrin altında qol çəkirık! Hamısını düppədüz deyir! Kissincer onun yanında qələt edir
Belə boş-boş danışmaqdansa gedib şaxmatını oyna. Güclü ekspertlərin şərhlərini, məqalələrini yayımlayıb. Bu nədir belə? Şaxmatı da deyəsən belə oynayıb.
Vaqif Nəsibov bu tərcüməyə görə sağ olsun. Harri Qasparov, daha doğrusu Harri Vaynşteyn həddən artıq ağıllı adamdır. Hər fikrin altında qol çəkirık! Hamısını düppədüz deyir! Kissincer onun yanında qələt edir
Süni yaradılmış və adlandırılmış "rus"deyilən xalq , "rusiya "deyilən bir dövlət zatı -pakı bilinməyən bic doğulmuş uçağa bənzəyir.İndi bu bic 300 ilə yaxındır gorbagor pyoturdan bəri böyüyüb,şişib.Nə etmək? Məhv etmək lazımdır.
Hari müəllim,Puşkini yaxşı anlaya bilməyib.Bu günkü Rusiya elə Puşkin Rusiyasıdır.Puşkin rus işğalını dəstəkləyən,bu iyrəncliyi təbliğ edən dələduzlardan biri idi.Təəssüf ki sovet dövründə rus ideoloqları Puşkini vətəndaşların beyninə çox güclü pərçimləyiblər.Dəfələrlə yaradıcığna görə Puşkindən üstün olan Lermantov kimi bir şair rus imperiyasının tərənnümçüsü olmadığına görə geridə qalıb.