Menu

“Xersonun azad olunması rusiyalıları demoralizə edəcək” - Podolyak

30.07.2022, 00:26
“Xersonun azad olunması rusiyalıları demoralizə edəcək” - Podolyak

İşğal olunmuş Xersonun Ukrayna gücləri tərəfindən azad edilməsi müharibənin psixologiyasını dəyişməli və Rusiya cəmiyyətini demoralizə etməlidir.

Bu barədə «RBK-Ukrayna» Prezident Ofisi başçısının müşaviri Mixail Podolyaka istinadla telemarafonun efirindən xəbər verib.

«Effektli əks-hücum müharibəsi aparmaq üçün bizə uğur lazımdır. Məsələn, Xersonun blokadadan çıxarılması müharibənin psixologiyasını dəyişəcək. Başqa sözlə, biz sübut edəcəyik ki, nəinki effektli müdafiə oluna bilirik, həm də əks-hücum edə və öz ərazilərimizi blokadadan çıxara birilik. Bu, psixoloji baxımdan əhəmiyyətlidir. Həm də bu, Rusiya cəmiyyəti üçün güclü demoralizə amili olacaq, onlar başa düşəcəklər ki, bütün bu təbliğat heç olmasa, həqiqətin bir hissəsi də deyilmiş… Və ona görə, biz, bunu etməliyik» - o, qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol