Menu

Bakıda nazir müavini qəzaya düşdü - FOTO + VİDEO

30.07.2022, 21:00
Bakıda nazir müavini qəzaya düşdü - FOTO + VİDEO

Dünən Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bakupost.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90FH005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hundai Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.

Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.

Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.

Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.

Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün-red.) günahın kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.

Bakupost.az-ın əməkdaşı avtomobilin kimə məxsus olduğunu araşdırıb.

Məlum olub ki, 90FH005 nömrə nişanlı “BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, genaral-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.

Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.

Şərhlər

Sebuhiye 2022-07-31 02:11:50

A kishi sen ki hemin Nazir muavinin ailesini onun masin surmek terzini ozunu aparmagini bilmirsen ele danisirsan. Men onun gonshulariyam. Ve yaxsi bilirem bu gudurmush ve bunun ovladlari dar kucede gece saat 2 de 100 nen surmeyini. Bu hele bunlarin belke de 8ci avariyalaridi. Gaydasiz sirurler

Səbuhi 2022-07-30 14:27:24

Xırda yol nəqliyyat hadisəsi baş verib, bunu şişirtməyə nə ehtiyac var?. Hər birimizin başına gələ bilər. Burada özbaşınalıq və ya digər xoşagəlməz hal yoxdur. Sadəcə olaraq qarışqadan FİL düzəltmək istəyirlər.

Tural 2022-07-30 14:10:16

Hə nolsun ki? Nazir müavini qəzadan sığortalanıb ki, heç vaxt qəza etməyəcək. İkincisi də nazir müavini qəza etməyib sürücüsü edib və o da xuliqanlıq etməyib ki? Qəzadır haminin başına gələ bilər. Düşük şou düzəldirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol